Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç bir Avropa ölkəsi Üzeyir Mehdizadəni qəbul etməz, edən ölkələr..."

Tarix: 16 Mart 2024 15:40

"Heç bir Avropa ölkəsi Üzeyir Mehdizadəni qəbul edə bilməz. Edən ölkələr Özbəkistan, Türkiyə ola bilər".

Milli.Az bildirir ki, bu fikirləri azxeber.com-a eksklüziv müsahibəsində tanınmış müğənni Vüqar Muradov bayağı mahnıları tənqid edərkən deyib.
 
Vüqar Muradov söyləyib ki, yaxşı sənətçi olmaq üçün səliqəli və səlist danışığın olmalıdır:
 
"Onlar elit təbəqənin insanları deyil. Türkiyədə cahil Azərbaycandan 5 qat artıqdır. Sən sənətçisənsə, maksimum dərəcədə səliqəli danışmalısan. Söhbət təbii ki, burada Üzeyirdən getmir. Azərbaycan dilini və Azərbaycan hərflərini qətlə yetirməməlisən. Bu tip bəsit mahnılar oxuyub, milyonlar qazana bilərəm. Amma mən bunu etmirəm".

Milli.Az


Etiketlər:  Heç bir Avropa ölkəsi Üzeyir Mehdizadəni qəbul etməz edən ölkələr


RƏYLƏR