Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 13:16
Türkiyə Super Liqasının XXX turu xoşagəlməz hadisə ilə əlamətdar olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Trabzonspor" və "Fənərbaxça" arasında görüş böyük qalmaqala səbəb olub.
Oyunboyu meydana pirotexniki vasitələr atan azarkeşlərin hərəkətləri matçın bir neçə dəfə dayandırılması ilə nəticələnib. "Trabzonspor"un künc zərbəsi zamanı qonaqların cərimə meydanın atılan yanan əşyalar Edin Dzekonun yerə yıxılmasına gətirib çıxarıb. Nəticədə matç bir neçə dəqiqəlik dayanıb.
Az keçmədən hücum edən "Fənərbaxça"nın digər üzvü Duşan Tadiç kənar əşyaların "qurbanı" olub. Onun yerdə qalması üzündən bu dəfə də oyunda məcburi fasilə yaranıb.
Köməkçi hakim Kerem Ersoy da pirotexniki vasitələrdən zərər çəkənlərə qoşulub. Baş hakim Halil Umut Meler briqadasını yanına çağırdıqda da oyunda fasilə yaranıb. Stadionda tamaşaçılara belə hərəkətlərə yol verməməklə bağlı müraciətdən sonra qarşılaşma davam edib.
Amma azarkeşlər oyundan sonra da dayanmayıb. Trabzon təmsilçisinin məğlubiyyətindən narazı fanatlar meydana daxil olublar.
Qeyd edək ki, matç qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnib.