Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistandakı missiya Azərbaycanla bağlı casusluq edir - Zaxarova

Ermənistandakı missiya Azərbaycanla bağlı casusluq edir -  Zaxarova

Tarix: 20 Mart 2024 18:30

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Ermənistan ərazisindən Aİ missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər", - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında "münasibətlərin həlli resepti" Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.

Milli.Az


Etiketlər:  Ermənistandakı missiya Azərbaycanla bağlı casusluq edir Zaxarova


RƏYLƏR