Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tobi Maquayerin “Hörümçək adam” kostyumu satışa çıxarıldı - FOTO

Tobi Maquayerin “Hörümçək adam” kostyumu satışa çıxarıldı - FOTO

Tarix: 22 Mart 2024 01:20

Hollivud aktyoru Tobi Maquayerin "Hörümçək adam 3" filmində geyindiyi kostyum satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, geyimin ilkin qiyməti 5500 dollardır.

Belə aşağı qiymətə səbəb kimi kostyumun pis vəziyyətdə olması göstərilib.

"Heritage Auctions" tərəfindən satılan kostyum xüsusilə maska və sinə altındakı hissələri deformasiyaya uğrayıb.

Hazırda hərracda digər "Hörümçək adam" və "Marvel" məhsulları da satılır.

Milli.Az


Etiketlər:  Tobi Maquayerin Hörümçək adam kostyumu satışa çıxarıldı FOTO


RƏYLƏR