Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Crocus"da atəş açanlarla bağlı şok detal

Tarix: 23 Mart 2024 07:42

"Crocus City Hall"da törədilən terror aktı peşəkar yaraqlıların işidir

Faciəni törədənləri əks etdirən çoxsaylı video çarxlara baxanda onların peşəkar hazırlığı diqqəti çəkir. 

Sürətli və inamlı hərəkətlər, silahları doldurarkən dərhal güllə daraqlarının sürətlə dəyişdiriolməsi, dəqiq atəş və ən azı bir qədər empatiya və insan mərhəmətinin tamamilə olmaması.

İfaçılar təsadüfi, zombiləşmiş neofitlər və ya dəli olmuş "mass shuter" məktəblilər deyillər. Bunlar təcrübəli və bacarıqlı qatillərdir. 

Bu cür çevikliyi ya təcrübəli yaraqlılar, ya da peşəkar təlim keçmiş xüsusi təyinatlı əsgərlər əldə edə bilərdilər.

İndi çoxları baş verənlərin hər cür versiyalarını təqdim etməyə çalışacaq, lakin hələlik bir şey aydındır - bugünkü terror hücumu təsadüfi deyil. 

Bu, xüsusi təlim keçmiş silahlıların iştirak etdiyi əvvəlcədən düşünülmüş və diqqətlə hazırlanmış əməliyyatdır.

Milli.Az


Etiketlər:  Crocusda atəş açanlarla bağlı şok detal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ