Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 16:28
2024-cü ilin yanvar-fevral aylarında Çin vətəndaşları Türkiyədə 85 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 108 obyekt azdır.
Mİlli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Bildirilib ki, bu ilin fevral ayında Çin vətəndaşları Türkiyədə 43 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 42 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyədə 93 min 902 mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 17,3 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyədə 174 min 210 mənzil satın alınıb.
"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2024-cü ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 846 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azdır.
Eyni ilin yanvar-fevral aylarında əcnəbi vətəndaşlar Türkiyədən 3 min 907 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.