Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib

İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib

Tarix: 24 Mart 2024 00:12

İran hökumətinin repressiv qüvvələrinin 2022-ci il etirazlarının yatırılması zamanı 120-dən çox etirazçı qismən və ya tamamilə görmə qabiliyyətini itirib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Berkli Kaliforniya Universiteti İnsan Haqları Mərkəzinin dərc etdiyi hesabatdan məlum olub.

Bildirilir ki, bu insanlar aksiyalarda onlara qarşı silah, habelə gözyaşardıcı qazdan istifadə olunmasına görə gözlərini itiriblər.

Məlumata görə, zərərçəkənlərin çoxunun yaşı 30-dan azdır, onların əksəriyyəti tələbələrdir, biri isə evinin eyvanından küçə nümayişlərini izləyən 5 yaşlı qızcığazdır.

Milli.Az


Etiketlər:  İranda etiraz aksiyalarında 100 dən çox insan gözünü itirib


RƏYLƏR