Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yurqorden”in idman direktoru: “Musa, hələlik ümidləri doğrutmayıb”

“Yurqorden”in idman direktoru: “Musa, hələlik ümidləri doğrutmayıb”

Tarix: 24 Mart 2024 18:24

"Musanı transfer edərkən çox diqqətiçəkən futbolçu idi".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu azərbaycanlı futbolçu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden"in idman direktoru Bosse Anderson deyib.

İsveç mətbuatına müsahibə verən klub rəhbəri Musaya 38,6 milyon İsveç kronu (3,5 milyon avro) transfer haqqının ödənilməsinə aydınlıq gətirib. Anderson azərbaycanlı futbolçunun, hələlik, ümidləri doğrultmadığını bildirib: "Belə transferlər həmişə diqqət mərkəzində olur. Keçid zamanı ona 38 milyon ödəməyin çox olduğunu bilirəm, amma Musanın inkişaf edəcəyini düşünürəm. Düzdür, futbolçunun indiyədək etdiklərini nəzərə alsaq, hələlik, ödənilən məbləğin haqqını verməyib. Qurbanlının özünəinam hissi olmalıdır. Bir hücumçu üçün bu amil çox önəmlidir və oyuna tam konsentrasiya olmaq lazımdır. Hətta Yurgen Klinsmanın belə çətin vaxtları olub".

Qeyd edək ki, ötən ilin yayında "Yurqorden"ə keçən Musa Qurbanlı əsas heyətə düşməkdə çətinlik çəkir.

Milli.Az


Etiketlər:  Yurqordenin idman direktoru Musa hələlik ümidləri doğrutmayıb


RƏYLƏR