Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 02:44
Bakı. Trend:
Papua - Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ geoloji xidmətinə istinadən verdiyi məlumatına görə, yeraltı təkanların episentri ölkənin şərqində Bulolo şəhərindən 33 km şimal-qərbdə, ocağı isə 127 kilometrə yaxın dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin