Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı

Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı

Tarix: 25 Mart 2024 14:24

Ukrayna ordusu bir gecədə Rusiyanın 8 PUA-sını vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilib ki, "Şahed" pilotsuz uçuş aparatları Krımdan buraxılıb, Nikolayev və Odessa vilayətləri üzərində isə vurulub.

Məlumata əsasən, Nikolayevdə vurulan dron qalıqlarının evlərə düşməsi nəticəsində 11 nəfər xəsarət alıb.

Odessada da yüksək gərginlikli stansiya zədələndiyindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Milli.Az


Etiketlər:  Rusiyanın 8 PUA vuruldu 11 yaralı


RƏYLƏR