Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor əməliyyat olundu - FOTO

Məşhur aktyor əməliyyat olundu - FOTO

Tarix: 26 Mart 2024 08:45

Məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Men's Health"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb.

"İndi robot olmağa daha yaxınam", - sənətçi "Terminator" filmindəki obrazını xatırladaraq zarafat edib.

Arnold əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırdığını, bir aydan sonra məşqlərə qayıdacağını vurğulayıb.

Xatırladaq ki, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulan Şvartsenegger ilk dəfə 1997-ci ildə, daha sonra isə 2018 və 2020-ci illərdə ürək əməliyyatı keçirib.

Milli.Az


Etiketlər:  Məşhur aktyor əməliyyat olundu FOTO


RƏYLƏR