Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 12:04
Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.
"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı. Saxlanılanlar ifrat sağçı, faşist Vente Venesuela Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb.
O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.
Qeyd edək ki, Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.