Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2024 11:05
"2011-ci ildə mənə bir zəng gəldi. Dedilər ki, get filan yerdən "INFINITI QX56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə adım yazılıb: Yusif Mustafayev. Dedilər ki, sənədə imza at. Qiyməti isə avtomobilin 110 min dollar idi, hardasa təxminən 200 min manat".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi bildirib ki, 13 il əvvəl ona qocalar evində çıxış etdiyi üçün bahalı avtomobil hədiyyə olunub:
"Sənədə imza atandan sonra dedilər ki, get Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə. Orada sual verdilər ki, nəqliyyat vasitəsi üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, istər mənim, istər ailəmin hətta nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464. Dedilər ki, "Yox, ürəyin istəyən digər nömrəni seç". Gördüm ki, burada başqa iş var... "90-KT-900" nömrəni seçdim. Heç bilmədim bu avtomobili və bu nömrəni mənə haradan və kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğuma görə, bunları mənə verdilər. 2-3 il əvvəl isə bu avtomobili satıb, başqasını aldım".