Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pərvin Abıyeva qonorarını açıqladı

Pərvin Abıyeva qonorarını açıqladı

Tarix: 27 Mart 2024 15:20

Aktrisa Pərvin Abıyeva film və seriallardan aldığı qonorarını açıqlayıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki,  bu haqda Pərvin qonaq olduğu "Dəyişən cavab" verilişində deyib. 

Abıyeva bildirib ki, gününə 1000 manat qonorar tələb edir: 

"Son 7 ildir ki, mən heç bir seriala çəkilmirəm. Film sahəsinə gəldiyim zaman bir günə 500 manata çəkilmişəm. Seriallardan gələn təklifi qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib, amma mən qəbul etməmişəm. Misal üçün gedib rejissorla danışıb deyirəm ki, çəkilirəm, amma günü 1000 manata. Razılaşırlar. Amma 1 ayda çəkilməli olan serialı mənə 10 gündə çəkdirirlər". 

Milli.Az


Etiketlər:  Pərvin Abıyeva qonorarını açıqladı


RƏYLƏR