Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist xəstəxanadan evə buraxıldı

Tarix: 27 Mart 2024 20:55

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında "Leylam", "Elə bağlıyam", "Tələbəlik illəri", "Xatırla məni" və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Milli.Az


Etiketlər:  Əməkdar artist xəstəxanadan evə buraxıldı


RƏYLƏR