Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 13:50
Son vaxtlar İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəviyə qarşı öz ölkəsinin media qurumları tərəfindən hücumlar artıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, səfir barəsində sosial media və xəbər saytlarında tənqidi yazılar dərc olunur.
Bu qəbildən olan növbəti hücum İranın analitik xəbər portalı "Bülten nyus" tərəfindən olub. Sayt Abbas Musəvinin səfirlik binasında hicabsız azərbaycanlı xanım jurnalistə müsahibə verməsini tənqid edib.
"İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin uyğun olmayan geyimdə olan qadın aparıcının yanında çəkilmiş fotoşəkli kiberməkanda böyük müzakirələrə səbəb olub. Aparıcının belə isti qarşılanması və İmam Xomeyni, inqilabın ali lideri və Qasım Süleymaninin şəklinin altında oturdulması və diplomat kimi Azərbaycan bayrağının onun yanına qoyulması bir çox sərt və tənqidi fikirlərə səbəb olub", - sayt yazıb.
Səfirin bu hərəkətinin inqilab və onun dəyərlərinə, Musəvinin şərəf və ləyaqətinə zidd olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH-ın himayəsi altında fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasına bağlı sosial media kanalları da səfirə qarşı ittihamlar irəli sürüblər.