Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın “üçlüy”ü: Rekordun bir addımlığında

“Qarabağ”ın “üçlüy”ü: Rekordun bir addımlığında

Tarix: 30 Mart 2024 11:16

"Qarabağ"ın üç futbolçusu 10-cu dəfə Azərbaycan çempionu olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Maksim Medvedev, Riçard Almeyda və Bədavi Hüseynov son 11 ildə qazanılan uğurlarda pay sahibi olublar.

Onlar 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20 mövsümlərində ardıcıl 7 qızıl medala yiyələniblər. 2021/22, 2022/23 mövsümlərində də "Qarabağ"ın heyətində olan "üçlük" cari çempionatda ardıcıl 3-cü, ümumilikdə 10-cu dəfə titula sevinib.

Bu oyunçulardan biri - Riçard Almeyda bu müddətdə bir mövsüm Ağdam klubunda olmayıb. Amma onun olmadığı 2020/21 mövsümündə "Qarabağ" çempionluq qazana bilməyib.

Bu üç futbolçu Azərbaycan çempionu titulu sayında rekorda yaxınlaşıb. Ən çox qızıl medal qazanan oyunçu isə Mahmud Qurbanovdur. Onun 6 fərqli klubda 11 çempionluğu var. Sabiq yarımmüdafiəçi "Kəpəz" (1994/95, 1997/98, 1998/99), "Neftçi" (1996/97, 2003/04, 2004/05), "Şəmkir" (1999/2000, 2000/01), "Xəzər Lənkəran" (2006/07), "İnter" (2007/08), "Bakı" (2008/09) ilə qızıl medal əldə edib.

Qeyd edək ki, "Qarabağ" tarixində 11-ci çempionluğu Azərbaycan Premyer Liqasının XXVIII turunda təmin edib.

Milli.Az


Etiketlər:  Qarabağın üçlüyü Rekordun bir addımlığında


RƏYLƏR