Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2024 12:55
Müğənni Elçin Cəfərov boşanması haqda xəbərlərə cavab verib.
Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Zaurla Günaydın" proqramında danışıb.
"Onun üçün çox darıxıram" - Elçin Cəfərov
Boşanma xəbəri ilə gündəmə gələn Elçin: "Nə olursa olsun..."
Sabir Rüstəmxanlının qızı "Sevgililər günü" boşandı
Sualları cavablandıran ifaçı "Nə danışsam, xəbərə çevrilir. Elə bir ailə yoxdur orada söz-söhbət olmasın. Bacardığım qədər nümunə olmağa çalışmışam: ailəmdə, sənətimdə. Bəzən insanın özündən asılı olmayan hallar baş verir. Bir işi sona qədər davam etdirirəm. Çalışmışam atan tərəf olmayım, sona qədər mübarizə aparım. Narahat olmayın, hər şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşının qədrini bilmərik. Bu gün elə şeylər var ki, sabah insan daha bir-birinə bağlanır. Xəbər yazanda mənim adımdan yazılsın, kürəkən, yazmayın" reaksiyasını verib.
Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.