Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı - VİDEO - FOTO

Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı - VİDEO - FOTO

Tarix: 30 Mart 2024 17:15

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

Milli.Az


Etiketlər:  Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ