Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlardan biri İstanbulun meri ola bilər - FOTO

Onlardan biri İstanbulun meri ola bilər - FOTO

Tarix: 31 Mart 2024 17:20

AK Partiyanın İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Murat Kurum səs verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT haber" məlumat verib:

"Bütün vətəndaşlarımızın səs vermələrini və seçki qutularını qorumalarını istəyirəm. Martın 31-də günəş doğacaq. İnşallah, bu gün bütün İstanbullularla bayramı erkən qeyd edəcəyik".

Alqışlarla qarşılanan Murat Kurum vətəndaşlarla söhbət edib, xatirə şəkli çəkdirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu da ailəsi ilə birlikdə səsvermədə iştirak edib.

İmamoğlu əvvəlcə kameralara üz tutub: "Millətimizin dincliyinə, əmin-amanlığına vəsilə olsun. Oğlum Semih ilk səsini verir. Həyəcanlıdır. Kimi seçəcəyi barədə bir az fikirləşdi. Onu xeyli gözlədik".

Milli.Az


Etiketlər:  Onlardan biri İstanbulun meri bilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ