Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO

Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO

Tarix: 2 Aprel 2024 11:16

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzilli yaşayış binasının lifti səkkizinci mərtəbəyə keçiddə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti yeddinci mərtəbəyə endirib qapını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

Milli.Az


Etiketlər:  Liftdə köməksiz qalan sakin belə xilas edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ