Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 18:36
Konor Makqreqor 2024-cü ildə ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, ilin birinci rübündə yeni proqrama əsasən 5 dəfə testdən keçib.
Keçmiş orta çəkili çempion Şon Striklend və ağır çəkili qadın döyüşçü Mayra Bueno Silva hərəyə 3 dəfə dopinq testi veriblər.
Orta çəkidə hazırkı çempion Leon Edvards, yüngül çəkidə çempion İslam Maxaçev və yüngül çəkidə keçmiş çempion Aleksandr Volkanovski 2024-cü ildə bir dəfə də olsun sınaqdan keçməyiblər.
Konor Makqreqor iki müxtəlif çəki dərəcəsində UFC çempionu olub.