Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 10:54
ÜDM-nin iki faizini müdafiəyə xərcləməyən NATO ölkələri Qərbin gələcəyi ilə "rus ruleti" oynayırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps öz məqaləsində yazıb.
O bildirib ki, müttəfiqlər indi müharibəöncəsi dünyada olduqlarını qəbul etməlidirlər.
"Müdafiəmizi gücləndirmək üçün bu hədəfdən kənara çıxmalıyıq. Lakin bəzi ölkələr hələ də iki faizi belə qarşılaya bilmir. Bu, davam edə bilməz. Bizim gələcəyimizlə "rus ruleti" oynamağa imkanımız yoxdur", - deyə o qeyd edib.