Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisindən 32 ayın rekordu

Azərbaycan millisindən 32 ayın rekordu

Tarix: 4 Aprel 2024 17:52

Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.

Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.

Milli.Az


Etiketlər:  Azərbaycan millisindən 32 ayın rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ