Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AAYDA-nın Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

AAYDA-nın Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

Tarix: 19 Noyabr 2019 15:09

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub.

Trend-in məlumatına görə, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  AAYDA nın Ağsuda qəzada ölən yaralanan əməkdaşlarının adları məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ