Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Federasiyasında CBC-yə 2 milyona yaxın insan baxır - VİDEO

Rusiya Federasiyasında CBC-yə 2 milyona yaxın insan baxır - VİDEO

Tarix: 5 Aprel 2024 14:16

Rusiya Federasiyasında CBC-yə 2 milyona yaxın insan baxır. Azərbaycanın ilk beynəlxalq telekanalı qısa müddətdə geniş tamaşaçı auditoriyasını toplayıb.

Day.Az bildirir ki, bu barədə Rusiya şirkəti Mediascope-un 2 ay müddətində apardığı araşdırmaların nəticələri xəbər verir.

CBC telekanalı 3 dəqiqəlik fasiləsiz əhatə yayımının 1.3 faizini toplayıb. Yayım əhatəsi 1 faizdən artıq olan televiziya kanalları avtomatik Rusiyanın televiziya reytinqində yer alır. Bu araşdırma Azərbaycan yayımçısı üçün bir ilkdir. Qeyd etmək lazımdır ki, Mediascope 2017-ci ildən Rusiyada rəsmi teleauditoriya ölçən qurum sayılır və fəaliyyətini bu ölkənin Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə federal xidmətin (Roskomnadzor) müvafiq fərmanı əsasında təşkil edir.

CBC Azərbaycanın ilk beynəlxalq və Cənubi Qafqazın yeganə rusdilli informasiya və təhlil telekanalıdır. 10 ildən artıq bir müddətdə CBC beynəlxalq auditoriyanı Azərbaycan və qonşu ölkələrdəki vəziyyətlə bağlı məlumatlandırır və dünyada baş verən hadisələrin ətraflı təhlilini aparır. Telekanal gecə-gündüzlü yayımlanır və Rusiyanın Avropa hissəsindən Hindistan yarımadasına, Balkan yarımadasından Çinin şərqi sərhədlərinədək geniş auditoriyanı əhatə edir.

Milli.Az


Etiketlər:  Rusiya Federasiyasında CBC 2 milyona yaxın insan baxır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ