Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Brüssel görüşünü gözləyir: Sanksiya tətbiq edəcək

Rusiya Brüssel görüşünü gözləyir: Sanksiya tətbiq edəcək

Tarix: 5 Aprel 2024 16:52

Rusiya tezliklə Ermənistana iqtisadi sanksiyalar tətbiq edəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu barədə siqnallar artıq qeyri-rəsmi olaraq Moskvadan Ermənistanın ən mühüm iri biznes strukturlarına ötürülüb:

"Bu, ilk növbədə, Paşinyana və komandasına yaxın olan şirkətlərə və müəssisələrə təsir edəcək. Amma bu və ya digər şəkildə çətin olacaq və hamı bundan təsirlənəcək", - məlumatda qeyd olunub.

Səbəb isə İrəvanın Qərbə üz tutması göstərilir:

"Biz həmçinin Yuxarı Lars keçid məntəqəsindən keçərkən gecikmələrdən, bəzi növ erməni məhsullarına Rusiya bazarının bağlanmasından, vergi və digər sanksiyalardan danışacağıq. Bütün bunlar ermənilərə Qərbə yaxınlaşmanın nəticələrini göstərmək üçün edilir".

Daha sonra bildirilir ki, Rusiya hakimiyyəti Brüsseldəki üçtərəfli görüşün nəticələrini gözləyir, ondan sonra Ermənistan hakimiyyətinin seçimi aydınlaşanda bu addımlar əməli formada olacaq.


Etiketlər:  Rusiya Brüssel görüşünü gözləyir Sanksiya tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ