Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” istifadəçiləri üçün yeni FUNKSİYA

“WhatsApp” istifadəçiləri üçün yeni FUNKSİYA

Tarix: 13 Aprel 2024 05:08

Məşhur "WhatsApp" messencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər bildiriblər ki, servis tərtibatçıları "Instagram" ilə "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər "WhatsApp" status yeniləmələrini "Instagram"da paylaşmaq istəsələr, defolt olaraq deaktiv ediləcək yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər.

"Instagram" statuslarını dublikat etmək imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

Milli.Az


Etiketlər:  WhatsApp istifadəçiləri üçün yeni FUNKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ