Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

Tarix: 14 Aprel 2024 10:20

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.

Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.

Milli.Az


Etiketlər:  Bayden İranın İsrailə hücumu uğursuz oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ