Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO)

Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO)

Tarix: 20 Noyabr 2019 10:52

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilən Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümünə həsr olunmuş Azərbaycan-Çin esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Müsabiqədə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin tarixinə və strateji prioritetlərinə, XXI əsrdə Böyük İpək Yolunun bərpasına, müasir dünyada Azərbaycan və Çinin humanitar missiyasına həsr olunmuş esselər təqdim olunub.

Ümumilikdə, müxtəlif nominasiyalarda Azərbaycanın müxtəlif regionlarından dörd esse müəllifi mükafatlandırılıb. Şəki şəhər 18 saylı orta məktəbin şagirdi Sabir Nurullayevin «Yolların yaxın etdiyi uzaqlar» , Ağstafa rayon 2 saylı orta məktəbin şagirdi Nərmin Paşayevanın «Böyük məsafələr, böyük yaxınlıqlar» , Neftçala rayon Aşağı Qaramanlı kəndi orta məktəbin şagirdi Xədicə Əliyevanın «Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında rolu», Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin tələbəsi Zeynəb Əlizadənin «Azərbaycan Çin əlaqələri» adlı esseləri mükafatlara layiq görülüb.

Müsabiqənin laureatlarına, münsiflər heyətinin sədri, ADU rektorunun İctimai məsələlər üzrə müşaviri, Sərraf Hüseynov ADU Konfutsi İnstitutunun Çin dili kurslarına pulsuz təhsil almaq sertifikatı da daxil olmaqla fəxri fərman və mükafatlar təqdim edib. Mükafatlandırma mərasimində iştirak edən Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov qalibləri təbrik edərək, bu cür müsabiqələrin keçirilməsinin təhsil sahəsində əlaqələrin gücləndirilməsinə böyük töhfələr verəcəyini bildirib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov müsabiqənin qaliblərinə ADU-nun Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edib. R.Abbasov qeyd edib ki, son illər Azərbaycan ilə Çin arasında, tarixən Böyük İpək yolu ilə bağlı olan iki ölkə arasında humanitar sahədə əməkdaşlıq yeni inkişafa təkan verir. Bu, ilk növbədə, Çin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.

R.Abbasov, həmçinin 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini xatırladaraq, bu səfər zamanı ÇXR-in Sədri Si Cinpinlə birgə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın gələcək inkişafı üçün möhkəm bünövrə qoyan “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalandığını qeyd edib.

Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO) Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub (FOTO)


Etiketlər:  Dillər Universitetində Azərbaycan Çin esse müsabiqəsinə yekun vurulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ