Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF

Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF

Tarix: 15 Aprel 2024 12:30

Qazaxıstan lideri Astananın Ermənistan və Azərbaycan arasında təmasların təşkili üçün xoşməramlı missiyanı üzərinə götürməyə hazır olduğunu bəyan edib.

"Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

"Əsas məqsədimiz bizə dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - deyə Tokayev bildirib.


Etiketlər:  Qazaxıstan prezidentindən Ermənistan Azərbaycana TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ