Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

" Araşdırdıq, gördük ki, qohum deyilik” – VİDEO

Tarix: 16 Aprel 2024 14:55

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva qonaq olduğu "Söhbət var" verilişində deyib. 

Sənətçi bildirib ki, onun daşıdığı "Xanbabayeva" soyadı Azərbaycanda çox az insanda var: 

"Azərbaycanda "Xanbabayev" soyadı çox azdır. Elə düşünürdüm ki, "Xanbabayev" soyadını daşıyan digər insanlarla hər hansısa qohumluq bağlarımız var. Çünki onlar da məni qohum kimi qəbul etmişdilər. Araşdırdıq, gördük ki, qohum deyilik". 

Z. Xanbabayeva məktəbdə oxuyarkən öz soyadından xoşu gəlmədiyini vurğulayıb: 

"Məktəbdə oxuyanda "Xanbabayeva" soyadından xoşum gəlmirdi. Çünki çox uzun alınırdı. Belə gedirdi: Zülfiyyə Xanbabayeva Güloğlan qızı". 

Milli.Az


Etiketlər:  Araşdırdıq gördük ki qohum deyilik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ