Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü

72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü

Tarix: 20 Noyabr 2019 12:15

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda küçədə meyit tapılıb.

Trend-in məlumatına görə, meyit rayonun "Köhnə bazar" adlanan ərazisində aşkar edilib.

Belə ki, rayon sakinləri ərazidə naməlum kişi meyiti aşkar edərək bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat verib. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları meyitin Tərtər rayonunun Sarıcalı kənd sakini 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğlu olduğunu müəyyən ediblər. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamnətləri aşkar edilməyib. İlkin müayinə zamanı N.Ağayevin ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. .

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  yaşlı Tərtər sakini Bərdədə küçədə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ