Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2024 06:45
Xalq artisti Firəngiz Mütəllimova Şuşaya gedib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, sənətçi ötən il vəfat edən mərhum qardaşı İlhamın oğlu ilə orada lentə alınan şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Atanın, qardaşımın ruhu şad oldu. Səninlə Şuşaya getməyi çox istəyirdi. Amma qismət belə imiş... Səni Şuşaya ən çox mən aparıb, gətirirdim. Bu gün də belə oldu".
Qeyd edək ki, aktrisanın qardaşı ürək xəstəliyindən əziyyət çəkirdi.