Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2024 09:55
"Televiziya bizim güzgümüzdür. Amma qaldı o sosial şəbəkələrə... Mən özüm də gecə saat 02:00-dan sonra "TikTok" video platformasına daxil olub, canlı yayım açıram. Düşünürəm ki, "TikTok" və onun kimi digər sosial şəbəkə platformaları heç kimə lazım deyil. Orada məşhurlaşmaq hara, televiziyada hara..."
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Əlikram Bayramov qonaq olduğu "7 tamam" verilişində deyib.
Sənətçi bildirib ki, gecə yarıdan sonra "TikTok" video platformasında canlı yayım açdığına görə izləyicilərin qınağına tuş gəlir:
"Hər gün "TikTok"da canlı yayım açanda mesajlar görürəm. Yazırlar ki, "Bura yaxşı yer deyil. Axı sən Əlikramın burada nə işi var?" Bəs biz nə edək?"