Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2024 12:36
Türk medisanıda yeni ana olan aktrisa Ezgi Molanın 60 gündə 20 kiloqram çəki atdığı ilə bağlı xəbərlər yayılıb.
Sonxeber.net xəbər verir ki, axşam.az-ın məlumatına görə, aktrisa bu xəbərləri yalan adlandırıb.
"Belə axmaq xəbərlər yayılıb. Bu xəbər yalandır. Doğuşdan sonra tələsik arıqlamaq dərdinə düşə bilmirəm. Siz də belə lazımsız işlərin dərdinə düşməyin" deyə, aktrisa açıqlamasında deyib.
Qeyd edək ki, Ezgi son olaraq "Masumlar apartmanı" serialında rol alıb. Onun ötən ilin noyabrında oğlu olub.