Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölən məhbusların orqanlarını icazəsiz götürüb görün harada istifadə ediblər...

Ölən məhbusların orqanlarını icazəsiz götürüb görün harada  istifadə ediblər...

Tarix: 19 Aprel 2024 19:50

ABŞ-da ölümündən sonra orqanları icazəsiz götürülən məhbusların yaxınları Alabama ştatında həbsxanalardakı bəzi qurumları məhkəməyə verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Montqomeri Dairə Məhkəməsində açılan iddialara görə, Alabama İslah Departamenti və Birmingemdəki Alabama Universiteti (UAB) orqanları icazəsiz alınaraq saxlanılan 5 məhbusun ailələri tərəfindən orqan oğurluğunda günahlandırılıb.

Ailələrin vəkili mərhum məhbuslardan icazəsiz götürülən orqanların təhsil məqsədilə istifadə edildiyini iddia edib.

Məlum olub ki, Alabama Universiteti ilə Cəzaçəkmə Müəssisələri Departamenti arasında məhbusların orqanlarının istifadəsi ilə bağlı müqavilə 2005-ci ildən qüvvədədir və orqanların götürülməsi üçün yalnız qarovul məmurunun imzası kifayətdir.

ABŞ Ədliyyə Nazirliyi ümumilikdə 26 mindən çox məhbusun saxlanıldığı Alabama həbsxanalarında zorakılıq və cinsi istismarın qarşısını almağın yolunu araşdırır.

Milli.Az


Etiketlər:  Ölən məhbusların orqanlarını icazəsiz götürüb görün harada istifadə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ