Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də şənlikdə atışma - ölən və yaralananlar var - ANBAAN VİDEO

ABŞ-də şənlikdə atışma - ölən və yaralananlar var - ANBAAN VİDEO

Tarix: 21 Aprel 2024 10:12

Şənbə günü axşam yerli vaxtla ABŞ-ın Tennessi ştatının Memfis şəhərində şəhər parkında icazəsiz ictimai şənlik zamanı atışma olub. Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis rəisi Carolyn Davis hadisə yerində keçirdiyi mətbuat konfransında deyib ki, polis yerli vaxtla saat 19:19-da atışma barədə xəbərə cavab verib. Davis bildirib ki, iki nəfər hadisə yerində ölüb, yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Atışma Orange Mound Parkda olub. Davisin dediyinə görə, 200-300 nəfərin iştirak etdiyi şənliyə rəsmi icazə olmayəb.

Hadisə ilə bağlı həbslər barədə hələlik məlumat yoxdur.

Milli.Az


Etiketlər:  ABŞ şənlikdə atışma ölən yaralananlar ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ