Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luçesku türklərdən gileyləndi - "Kiçik bir təşəkkürə layiq deyiləm?"

Luçesku türklərdən gileyləndi -

Tarix: 20 Noyabr 2019 16:44

Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku komandanın Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.

Qol.az xəbər verir ki, “Fanatik” qəzetinə açıqlama verən rumıniyalı mütəxəssis Şenol Günəşin kollektivini təbrik edib. O, eyni zamnda yığmanın bu uğurunda öz payının da olduğunu deyib: "Şenol Günəş çox ağıllı və çalışqan məşqçidir. Gördüyü işlər ortadadır. Sağ olsun, mənim qoyub, getdiyim qaydaları pozmadı, üzərinə əlavələr edib, mükəmməl bir uğura imza atdı. Təbrik edirəm. Möhtəşəm bir iş gördülər. Bəli, bəlkə də mən çox uğurlu olmadım. Ancaq bu mükəmməl komandanın təməlini  qoyan bir futbol adamı olaraq kiçik bir təşəkkürə layiq deyiləm?”

Qeyd edək ki, M.Luçeska 2017-2019-cu illər ərzində “ay-ulduzlular”ı çalışdırıb.
 


Etiketlər:  Luçesku türklərdən gileyləndi Kiçik bir təşəkkürə layiq deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ