Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO

Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO

Tarix: 22 Aprel 2024 09:15

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzana Kərimli əvəz edib.

Milli.Az bildirir ki,  pravda.az-ın xəbərinə görə, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb.

Xatırlatma: Aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilir.

Milli.Az


Etiketlər:  Aytən Səfərovanı bu jurnalist əvəz etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ