Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Tarix: 20 Noyabr 2019 17:48

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında icbari tibbi sığorta sahəsi ilə bağlı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığorta modeli hazırlanarkən bir sıra ölkələrin, o cümlədən Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Z.Əliyev gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq prosesi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə səfirə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın son illərdə getdikcə sürətlənən inkişaf prosesini, o cümlədən icbari tibbi sığorta ilə əlaqədar atılan addımları yaxından izlədiyini və Türkiyənin qardaş ölkəyə bu çərçivədə hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ