Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 11:38
Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 manat ödəniş olunacağı söz verilir.
Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.