Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü

Tarix: 20 Noyabr 2019 21:30

Bakı. Samir Əli - Trend:

Bərdə rayonundan Bakıya gələn qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 17-də baş verib.

Bərdə rayonu, Zümürxan kənd sakini, 1970-ci il təvəllüdlü Nəsibova Bahar Fərman qızı noyabrın 17-də yaşadığı kənddən çıxaraq Bakıya gəlib. Qadın Bakıda Pirallahı qəsəbəsindəki ziyarətgaha getmək məqsədilə paytaxta yollanıb. Həmin gün qadın "Koroğlu" stansiyasında avtomobildən düşüb taksi ilə ziyarətgaha yollansa da, sonradan ondan heç bir xəbər çıxmayıb.

Məlumata görə, qadın ruhi əsəb xəstəsi olub. Əynində qara ətək, qara ayaqqabı, göy rəngli gödəkçə, başında isə şal olub.

Qadını görənlərdən 050 376 41 66 nömrəli telefona zəng vurmaları xahiş olunur.


Etiketlər:  Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ