Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron: Kiyev kömək istəsəydi, ordu göndərərdim!

Makron: Kiyev kömək istəsəydi, ordu göndərərdim!

Tarix: 2 May 2024 20:32

Rusiya ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Ekonomist"ə müsahibəsində deyib.

"Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?" - o bildirib.

Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan "apriori" imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir.

Qeyd edək ki, Makron Rusiyanın hansı cəbhə xəttini keçməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.


Etiketlər:  Makron Kiyev kömək istəsəydi ordu göndərərdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ