Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stefan Kuntz millimizin baş məşqçisi olacaq? - RƏSMİ

Stefan Kuntz millimizin baş məşqçisi olacaq? - RƏSMİ

Tarix: 8 May 2024 08:56

AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsi üçün Türkiyə millisinin sabiq çalışdırıcısı Stefan Kuntzla danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədi Qol.az saytına açıqlamasında ad çəkməsə də, AFFA-nın hazırda bir neçə mütəxəssislə danışıqları davam etdirdiyini söyləyib:

"Milli komandanın baş məşqçi vəzifəsinə bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. Sadəcə məsələ məxfi olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq".

Qeyd edək ki, bu gün "Skay Sports" (Almaniya) AFFA-nın Stefan Kuntzla danışıq apardığı barədə məlumat yayıb. Bildirilib ki, almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.

Əlavə edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kuntz Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.


Etiketlər:  Stefan Kuntz millimizin baş məşqçisi olacaq RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ