Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cennifer Lopezin bu libasını modelyerlər 800 saata hazırlayıblar

Cennifer Lopezin bu libasını modelyerlər 800 saata hazırlayıblar

Tarix: 8 May 2024 22:30

Amerikalı məşhur müğənni və aktrisa Cennifer Lopez təntənəli "Met Gala 2024"də insanları öz gəzəlliyi ilə heyran edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı müğənni "Schiaparelli" brendindən olan libası ilə hamının diqqətini özünə cəlb edib. O, 2,5 milyon ədəd qaşla örtülmüş şəffaf libasda qüsursuz bədən quruluşunu nümayiş etdirib.

Məlumata görə, Lopezin bu libasının hazırlanmasına 800 saat əmək sərf olunub. Müğənni libasını göstərmək üçün 14 dəfə kameralar qarşısına keçib.

Cennifer Lopezin  bu libası" Met Gala 2024"də ən diqqət çəkən geyimlərdən biri olub, ulduzun stil ikonu statusunu bir daha təsdiqləyib.


Etiketlər:  Cennifer Lopezin libasını modelyerlər saata hazırlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ