Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 09:36
Türkiyənin "Qalatasaray" voleybol klubunun azarkeşi olan ata və qızını döyən yeddi nəfərin cəzası bəlli olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilib ki, həmin şəxslərin üçü haqqında həbs qərarı çıxarılıb. Dördü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, aprelin 5-də Üsküdar Burhan Fələk İdman Salonunda oynanılan matçdan sonra 7 nəfər Uğur İris ilə qızı Emine Nil İrisi döyüb. Onlar azarkeşlərin əlindən klubun bayraqlarını və pankartları almağa çalışıblar.