Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 18:36
“Borussiya” (Dortmund) “Puma” şirkəti ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “Puma” ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. Ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.
Qeyd edək ki, “Borussiya” ilə “Puma” arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.