Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu Qəzzanın şimalında əməliyyata başladı

İsrail ordusu Qəzzanın şimalında əməliyyata başladı

Tarix: 12 May 2024 07:22

İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.

"Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk", - o qeyd edib.

Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.


Etiketlər:  İsrail ordusu Qəzzanın şimalında əməliyyata başladı


RƏYLƏR