Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 19:57
Bakı. Samir Əli - Trend:
Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aprılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin